Səhər yeməyini ötürmək insan orqanizmi üçün ağır fəsadlara səbəb ola bilər. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, səhər yemeyindən istifadə etməmək orqanizmin infeksiyalara qarşı müqavimətini aşağı sala və ürək xəstəlikləri riskini artıra bilər. 

Alimlərin siçanlar üzərində keçirdiyi testlər göstərib ki, xüsusilə səhər yeməyini ötürmək beyində immunitet sisteminə mənfi təsir göstərən bir reaksiyaya səbəb olur. 

Səhər yeməyinin ötürülməsi həmçinin sınaq heyvanlarında ağ qan hüceyrələrinin sayında da fərq yaradıb.

Fərid