ABŞ-ın Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (IHME) "Lancet" elmi jurnalında dünyada səhv qidalanma və ölüm arasındakı əlaqə haqqında araşdırmanı dərc edib.

Foodinfo.az-ın məlumatına görə, araşdırmanın hesabatında göstərilir ki, dünyada hər il 11 milyon insan səhv qidalanma səbəbindən ölür. Əsas amillərdən biri tam taxıl məhsulları və ya meyvə çatışmazlığı, lif defisiti fonunda duzdan həddən artıq çox istifadədir.

Eyni zamanda, qidalandırıcı maddələrin çatışmazlığına səbəb olan monoton qidalanma da azı qeyri-sağlam rasion qədər təhlükəlidir. 

Birlikdə bu amillər vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə artırır. 

"Pis qidalanma dünyada hər hansı digər risk faktorundan daha çox ölümə səbəb olur", -deyə IHME direktoru Dr. Kristofer Mürrey vurğulayıb.

Nurlan