Şəkər narkotik maddə olan kokaindən daha çox asılılıq yaradan məhssuldur. Foodinfo.az xəbər verir ki, bunu kardioloq Olqa Bokeriya bildirib. O, araşdırmaların birində heyvanları asılı vəziyyətə salmaq üçün onlara şəkər və kokain verildiyini və bir müddət sonra subyektlərə seçim imkanı verildikdə həmişə şəkəri seçdiklərini söyləyib.

İnsan şəkərdən imtina edəndə zəiflik, süstlük, baş ağrısı, bəzən həyəcan, narahatlıq, pis əhval-ruhiyyə ilə özünü göstərir. Bu proses təxminən beş-yeddi gün çəkir, lakin bundan sonra özünüzü daha yaxşı hiss edəcəksiniz. Nəticədə psixi sfera bərpa olunacaq, şişkinlik, qaz əmələ gəlməsi azalacaq, çəki azalacaq. Həmçinin gün ərzində enerjinin əlavə olunacağı ehtimalı var, çünki insulin və müvafiq olaraq qlükoza ifrazı olmayacaq.

Fərid