Südün tez çürüməsinin əsas səbəbi onun mikroorqanizmlər üçün ideal qida mühiti olmasıdır. Südün tərkibində zülal, şəkər (laktоza), vitamin və mineralların bol olması bakteriyaların çoxalmasını sürətləndirir.

Foodinfo.az südün çürüməsinə səbəb olan əsas amilləri təqdim edir:

– Temperatur: Süd otaq temperaturunda saxlandıqda, bakteriyalar sürətlə çoxalır və süd qısa müddətdə turşuyur.

– Mikroblarla təmas: Süd sağılma və ya saxlanma zamanı təmizliyə riayət edilmədikdə müxtəlif bakteriyalar asanlıqla qarışır.

– Havanın təsiri: Açıq qabda qalan süd oksigenlə təmas etdikcə daha tez xarab olur.

– İşıq: Güneş və ya güclü işıq südün keyfiyyətini pozaraq qida maddələrinin parçalanmasına gətirib çıxara bilər.

– Uzunmüddətli saxlanma: Soyuducuda belə uzun müddət saxlanılan süd tədricən keyfiyyətini itirir və turşumağa başlayır.

Mütəxəssislər tövsiyə edirlər ki, süd yalnız soyuducuda, qapalı qabda və gigiyenik şəraitdə saxlanılsın. Bu, həm saxlanma müddətini uzadır, həm də sağlamlıq üçün təhlükəni minimuma endirir.