Bəziləri düşünür ki, dondurma isti günlərdə bədəni soyudur. Lakin həkimlər qeyd edir ki, dondurma əksinə bədən istiliyini artırır.

Foodinfo.az xəbər verir ki, bundan əlavə, yayda duzlu və hisə verilmiş ətlərdən  imtina edilməlidir. Belə məhsullar bədəndə yalnız suyu azaldır. Eyni xüsusiyyət şirin, yağlı da yeməklərdə var. 
Yay aylarında, daha çox tərəvəz, yemək lazımdır. Ancaq eyni zamanda istifadə olunan meyvələrdə daha çox su olmalıdır. Xiyar, turp, pomidor, göyərti, sitrus meyvələri və çiyələk ideal seçim ola bilər.
Soyuq şorbalar isti havalar üçün əladır. Məsələn, dovğa, ayran buna ən gözəl misaldır. 
Nurlan