Arterial təzyiq və xolesterinin normada olması insanın sağlamlığında çox böyük rol oynayır. Təzyiq və xolesterini salmaq üçün xüsusi preparatlar mövcuddur.
Təbii ki, bir çox digər dərmanlar kimi bu preparatların da yanaşı təsirləri var. Bu səbəbdən mümkün qədər təbii vasitələrdən istifadə etmək lazımdır ki, qəbul etdiyimiz dərmanların miqdarı və nəticədə orqanizmə olan ziyanlı təsiri də azalsız.
Təbiət bizə təzyiq və xolesterini aşağı salmaq üçün bir çox təbii vasitələr bəxş edib. Bu vasitələrdən biri küncütdür.
Saglamolun.az «Российская газета»-ya istinadla bildirir ki, diyetoloqların fikrinə görə küncütün tərkibində olan bioloji aktiv maddələr təzyiq və xolesterinin tənzimlənməsi üçün çox effektli vasitədir.
Mütəxəssislər qeyd edir ki, maqnezium, E vitamini və antioksidantlar sayəsində küncüt təzyiqi təbii olaraq salmağa kömək edir.
Həmçinin küncüt liflər, liqnan və fitosterollarla da zəngindir. Bu 3 maddə xolesterinin səviyyəsini tənzimləməyə yardım edir.
Diyetoloqlar hər gün 1-2 x.q. küncüt yeməyi tövsiyə edirlər. Küncütü hazır yeməklərə və salatlara əlavə etmək olar.