Türkiyə və Ukrayna nümayəndələri "taxıl dəhlizi"ni müzakirə edəcəklər.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.

Qeyd olunur ki, Türkiyənin müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bu ölkəyə səfərə gələcək. Səfər aprelin 18-nə planlaşdırılıb. 

Görüş zamanı həmçinin Rusiyanın Qara dənizdə gəmilərin hərəkətini bloklaması məsələsi müzakirə ediləcək.