Məlumdur ki, yüksək xolesterolun səbəblərindən biri pəhrizdir. Məsələn, trans yağları və doymuş yağları yüksək olan qidalardan qaçınmalısınız. Amma başqa qidalar da var ki, əksinə, orqanizmdə xolesterin səviyyəsini aşağı salır.

Foodinfo.az RT-ə istinadla xəbər verir ki, dietoloq Riçard Ellison xolesterolu azaltmaq üçün səhər yeməyində yeyiləcək beş qidanı sadalayıb.

Yulaf əzmesi - xolesterol səviyyəsini aşağı sala bilən həll olunan liflə zəngindir.

Yumurta - gündə bir və ya ikidən çox yumurta yeyin və ya bütöv yumurta əvəzinə yalnız yumurta ağını yeyin.

Yunan qatığı - tərkibində çoxlu protein və eyni zamanda adi qatıqdan daha az yağ var.

Tam taxıllı tost - ağ çörək əvəzinə tam taxıllı çörək yeyin, çünki tərkibində daha çox lif var və sizi daha uzun müddət tox hiss edəcək.

Smoothies - bu, bir yeməkdə çoxlu qida əldə etmək üçün əla bir yoldur.

Nərmin