Yumurta özlüyündə zərərli deyil, lakin onun həddindən artıq istehlakı bəzi insanlar üçün təhlükəli ola bilər.

Foodinfo.az xəbər verir ki, yumurtanın hər birində 6 qram protein var. Həmçinin, bu qidanın tərkibində xolin (beyni gücləndirici xüsusiyyətlərə malik), lutein və zeaksantin (göz sağlamlığı üçün faydalı iki antioksidant) və çox aşağı şəkər və natrium var. Ancaq bu qidadan çox istifadə etmək zərərlidir.

 Onların həddindən artıq istehlakı bəzi insanlar, xüsusən də müəyyən sağlamlıq vəziyyəti olanlar üçün təhlükəli ola bilər. Xüsusilə ürək-damar xəstəlikləri və ya şəkərli diabet riski olan insanlar bu qidanın istehlakını məhdudlaşdırmalıdır.

Həddindən artıq yumurta istehlakının yan təsirləri aşağıdakılardır:

1. Yüksək qan xolesterolu

Yumurta təbii olaraq yüksək miqdarda xolesterin ehtiva edir və yumurtanın xolesterolu artırıb- qaldırmadığına dair çoxlu mübahisələr var. Mütəxəssislər bir neçə onilliklər ərzində yumurta sarısının tərkibindəki xolesterinin qanda xolesterinin artmasına birbaşa töhfə verdiyinə inansalar da, bu gün aparılan araşdırmalar yumurta ilə yanaşı tərəvəz kimi müxtəlif qidaların da istehlakı ilə bu problemin idarə oluna biləcəyini göstərir.

2. Ürək xəstəliyi riskinin artması

Ola bilsin ki, gündə bir yumurta yemək ürək-damar xəstəliklərinə tutulmada çox təsirli deyil, lakin bu qidanın həddindən artıq istehlakı mütləq ürəyin sağlamlığını təhdid edir. Aparılan bir araşdırma, gündə 300 milliqramdan çox xolesterin qəbulunun ürək-damar xəstəlikləri riskini 17 faiz, ölüm riskini isə 18 faiz artırdığını müəyyən edib.

3. Çəki artıqlığı

Səhər yeməyində yumurta yemək gündəlik vərdiş halına gəlsə, çəki artımı ilə üzləşə bilərsiniz. Sağlamlığınızı və çəkinizi qorumaq üçün ispanaq, bolqar bibəri, pomidor və ya üzüm kimi qidaları yumurta ilə birlikdə istehlak etməyə çalışın. Yumurta bişirmək üçün zeytun yağı kimi sağlam yağlardan da istifadə edə bilərsiniz.

4. Diabet riskinin artması

Çox miqdarda yumurta yemək şəkərli diabet kimi xroniki xəstəliklərin inkişaf riskini artırır. Diabetes Care jurnalında dərc edilən 2009-cu ildə aparılan bir araşdırma, həftədə yeddidən çox yumurta yeyən insanların (daha az yumurta istehlak edənlərlə müqayisədə) 2-ci tip diabet inkişaf etdirmə ehtimalının daha yüksək olduğunu ortaya qoydu.