
Dietoloq, Rusiya Dietoloqlar və Diyetoloqların Milli Assosiasiyasının üzvü Nataliya Kruqlova zəncəfilin faydalı xüsusiyyətlərindən danışıb.
“Zəncəfilin bioloji xassələri ilə bağlı araşdırmalar göstərdi ki, o, antioksidant, iltihabəleyhinə və mikrob əleyhinə xüsusiyyətlərə malikdir”, - ekspert URA.RU- ya müsahibəsində bildirib.
Foodinfo.az bildirir ki, mütəxəssisin sözlərinə görə, zəncəfil burun axıntısına, öskürəyə qalib gəlməyə, qızdırmanı salmağa kömək edir.
O, həmçinin qanı incələşdirir və təzyiqi aşağı salır ki, bu da ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara kömək edir.
Eyni zamanda, həzm sisteminin iltihabi xəstəlikləri olan insanlar zəncəfil kökü qəbul edərkən diqqətli olmalıdırlar, Kruglova qeyd edib.