Moskva vilayətinin Vidnovskaya Klinik Xəstəxanasının terapevti Dilfuza İşbayeva deyir ki, yaş artdıqca həm kişilərdə, həm də qadınlarda maddələr mübadiləsi sürəti azalır. Buna görə də 50 yaşdan yuxarı insanlar pəhrizlərini dəyişdirməlidirlər.
Foodinfo.az xəbər verir ki, ilk növbədə, gündəlik pəhrizin ümumi kalorili məzmunu fiziki fəaliyyət səviyyəsindən asılı olaraq 1,6-2 min kkal-a qədər azaldılmalıdır.
Bundan əlavə, böyrəkləri çox yükləməmək üçün duz istehlakını azaltmaq, qənnadı məmulatlarını quru meyvələrlə əvəz etmək lazımdır.
O, hər gün tərəvəz salatları və meyvələr yeməyi, həmçinin yod çatışmazlığından qorunmaq üçün pəhrizə dəniz məhsulları daxil etməyi və daha çox təmiz su içməyi məsləhət görüb.