Dietoloq İrina Mansurova gündəlik pəhrizin yuxunun keyfiyyətinə təsir etdiyi barədə fikirlərini bildirib. Foodinfo.az xəbər verir ki, Life.ru-ya açıqlamasında dietoloq bildirib ki, qidalanmanı yaxşılaşdırmaqla, yuxusuzluqdan xilas olamaq olar.
Belə ki, çobanyastığı çayı, kivi və badam yuxu keyfiyyətini yaxşılaşdıra bilər. Həmçinin o, melatonin və maqnezium mənbəyi olan badam və serotonin istehsalını stimullaşdıran qoz kimi yuxunu yaxşılaşdıran qidaların diyetə daxil edilməsini təklif edib.
Çobanyastığı çayının yuxu üçün də yaxşı olduğuna inanılır, çünki o, narahatlıq və depressiyanı azaldır, kivi isə fol turşusu və kalium mənbəyidir və serotonin istehsalını təşviq edir, deyə dietoloq belə qənaətə gəlib.
Nərmin