Ramazan ayında bəzi məhsullar var ki, onları süfrəmizdən əskik etməməliyik.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə danışan dietoloq Suna Koçakın fikirlərini təqdim edir.
Dietoloqun sözlərinə görə, Ramazan boyu süfrəmizdən əskik etməməli olduğumuz ərzaqlardan birincisi kahıdır. Bu bitkinin tərkibində çox miqdarda zülal, şəkər, kalsiyum, dəmir, maqnezium, fosfor mövcuddur.
Dietoloq həmçinin ənginar, çuğundur, kök, noxud kimi məhsulları da Ramazan boyu istifadə etməyi tövsiyə edib.
Leyla