İsti çayla birlikdə limon istifadə etmək ağız sağlamlığına mənfi təsir göstərə bilər. Foodinfo.az bildirir ki, limonun tərkibindəki sitrus turşuları diş minasını zəiflədir və həssaslıq yaradır. Xüsusilə limonlu çayı gün ərzində tez-tez içənlər diş ərpləri və sapsarı mina ilə qarşılaşa bilərlər.

Stomatoloqlar limonlu içkilərin içildikdən sonra ağızın su ilə yaxalanmasını tövsiyə edirlər.

Limon faydalı olsa da, onun istifadəsində ölçü vacibdir. Qida turşuları balanslı və nəzarətli qəbul edilməlidir.