
Həkim-qastroenteroloq Yekaterina Kaşux gündəlik rasionda zərərli qidaların ümumi payının on beş faizdən artıq olmamasını tövsiyə edib.
Foodinfo.az bildirir ki, o, bu mövzuda RİAMO-ya açıqlamasında bildirib ki, tam şəkildə şirniyyat və “fast-food”dan imtina psixi sağlamlıq üçün zərərli nəticələrə səbəb ola bilər.
Ekspert qeyd edib ki, qidalanma təkcə faydalı maddələrin qəbulu deyil, həm də həyatın, mədəniyyətin və ritualların bir hissəsidir. Bu səbəbdən bayramda tort yemək və ya arada qızardılmış kartof və dondurma ilə özünə icazə vermək, əgər qidalanma ümumilikdə balanslıdırsa, orqanizmə ciddi ziyan vurmur.
Kaşux vurğulayıb ki, sağlamlıq üçün təhlükə yaratmayan ən optimal nisbət səksən beş faiz faydalı, on beş faiz isə şərti olaraq zərərli sayılan qidalar hesab olunur. Lakin bu cür məhsulların adətən yüksək kalorili olduğunu nəzərə almaq vacibdir.