Ramazan ayında sağlam qidalanma üçün bəzi qaydalara riayət etmək lazımdır. 

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Dietoloq Sıla Yeşilyaprakın sözlərinə görə, gün ərzində ac qalmaq metabolizmi yavaşladır. Həmçinin insanlar Ramazanda digər aylarla müqayisədə daha az hərəkət edirlər. Bu isə sərf edilən kalorinin az olmasına və insanlar arasında kökəlməyə səbəb olur. 

Dietoloq qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün axşamlar gəzintiyə çıxmalıdır. Bu gəzinti axşam yeməyindən 1-2 saat sonra 30-35 dəqiqə olmalıdır.

Həmçinin iftardan sonra halsızlığa da diqqət edilməlidir. Bu zaman qan şəkərinin yüksəlməsi insulinin də artmasına səbəb olacaq ki, həmin vaxt yuxunuzun gəlməsi problemlərdən xəbər verəcəkdir.

Leyla