
Grow Food şirkətinin baş texnoloqu və dietoloqu Svetlana Gertle-Zaqorskaya pendirlərlə bağlı sağlam seçimlərə dair fikirlərini bölüşüb.
Foodinfo.az bildirir ki, Gazeta.Ru-ya verdiyi açıqlamada o, parmezan və mozzarellanı ən sağlam pendir növləri adlandırıb.
Mütəxəssisin sözlərinə görə, parmezan sərt pendir kateqoriyasına aiddir və tərkibində kalsium və fosforun yüksək miqdarı ilə seçilir. Bu minerallar sümüklərin möhkəmliyini təmin etməklə yanaşı, əzələlərin düzgün işləməsinə də töhfə verir.
Bundan başqa, parmezanın tərkibində laktozanın az olması onu laktoza dözümsüzlüyü olan insanlar üçün uyğun bir seçimə çevirir. Bu xüsusiyyət onu həm qida dözümsüzlüyü olanlar, həm də pəhriz saxlayanlar üçün əlçatan edir.
Svetlana Gertle-Zaqorskaya həmçinin vurğulayıb ki, yumşaq pendirlər arasında mozzarella xüsusilə diqqətə layiqdir. Mozzarella yüksək zülal və kalsium mənbəyi olmaqla yanaşı, az yağlı tərkibi ilə də seçilir.
Diyetoloq qeyd edib ki, pendir seçərkən tərkibində mümkün qədər az qatqı və kimyəvi maddə olan növlərə üstünlük verilməlidir. Konservantlar, dadlandırıcılar və digər süni əlavələr sağlamlığa mənfi təsir göstərə bilər.
Ekspertin tövsiyəsinə görə, təbii fermentlərlə hazırlanmış, sadə və aydın tərkibə malik pendirlər həm daha faydalı, həm də daha təhlükəsizdir.