Qozun bir çox faydaları insan orqanizmi üçün əvəzsiz faydalar təmin edir.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, insan orqanizmi üçün faydalı olan qozun 65 faizi yağ, 3 faizi su, 5-15 faizi karbohidrat, 15 faizi isə proteindən ibarətdir.
Həmçinin qozun tərkibində A, E, B1, B2 və C vitaminləri mövcuddur. Dəmir, maqneziyum, fosforla zəngindir.
Antioksidan tərkibə malik qoz həmçinin Omeqa-3 mənbəyi sayılır. Tərkibindəki polifenollar sayəsində ürək problemləri, Altsheymer, diabət kimi bor çox xəstəliyin fəsadlarına qarşı müsbət effekt verir.
Təzyiqi endirməyə kömək edən qoz, eyni zamanda xərçənglə mübarizə üçün vasitə rolunu da oynaya bilər.
Nurlan