
Azərbaycanda koronavirus infeksiyasına
1 703 yeni yoluxma faktı qeydə alınıb,
4 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada
36 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
211 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
160 245 nəfər müalicə olunaraq sağalıb,
2 416 nəfər vəfat edib. Hazırda
49 103 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
13 300, bu günə qədər isə ümumilikdə
2 129 291 test icra olunub.