“Siqaret çəkənlər də ehtiyatlı olsunlar. Misal üçün siqaret çəkəndən uzaq məsafədə olsan da, uzun müddət iyi gəlir. Taksilərə minəndə mütləq pəncərələri açıq qoymaq lazımdır”.
Foodinfo.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O qeyd edib ki, virusu qida ilə təmin edən insanın özüdür:
“Ona görə də nə qədər laqeyd davransaq o qədər də virusu bədənimizdə qidalandırırıq”.
A.Allahverdiyev əlavə edib ki, vaksinə ümid bağlamaq olmaz:
“Sosial məsafə məsələsinə ciddi diqqət etmək lazımdır. Çünki hər kəsin ailəsində xəstəlik var. Ona görə də kütləvi yerlərdən uzaq durmaq lazımdır. Mütləq sərt tədbirlər görülməlidir, yoxsa xəstəxanalarda yer olmayacaq. İki həftə lazımdır ki, rəqəmlərdə müəyyən azalmalar əldə edək”.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir