Stress beyin hüceyrələrinə çox mənfi təsir edir, beyinin daha tez qocalmasına səbəb olur. Alimlərin müşahidələrinə görə, bəzi adi qida məhsullari beyini stressin dağıdıcı təsirindən qorumağa kömək edir. Bu məhsulların siyahısını təqdim edirik: 1. Sidr qozu Sidr qozu Omeqa-6 yağlı turşularla zəngindir. Bu turşular beyində gedən qocalma proseslərini ləngidir. Bundan əlavə sidr qozunun tərkibində E vitamini kimi güclü antioksidant və psixikanı streslərdən qoruyan maqnezium var. 2.  Çuğundur Çuğundurun tərkbində olan maddələr beyinin qan dövranını yaxşılaşdırır. Həmçinin bu ucuz tərəvəzin tərkibində betanin var. Betanin Alsheymer xəstəliyinə səbəb olan zülali maddələrin beyində toplanması prosesini ləngidir.  3. Nar Antioksidant maddələri ilə zəngin olan nar beyində iltihabın riskini azaldır, yaddaşı yaxşılaşdırır. 4. Sarıkök Təbii antidepressant sayılan sarıkök əhvalı yaxşılaşdırır və həyacanı azaldır. Sarıkökün əsas təsiredici maddəsi "kurkumin" beyində yeni hüceyrələrin əmələ gəlməsi proseslərini aktivləşdirir, yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır. 5. Kişmiş Borla zəngin olan kişmiş yaddaşı möhkəmləndirir. Həmçinin kişmiş kaliumla da zəngindir. Kalium sinir hüceyrələrinin tonusda qalması və şüurun aydın olması üçün çox vacibdir. (Saglamolun.az)