Sosial şəbəkələrdə igid gizirimiz Fərahim Əmirlinin fotosu yayılıb.
Foodinfo.az BiG.AZ-a istinadən xəbər verir ki, Fərahim Füzuli şəhərinin işğaldan azad olunması uğrunda ən öndə döyüşən gizirimizdir.
Torpaqların alınması uğrunda xeyli sayda ermənini məhv edən gizirimiz yaralı əsgər yoldaşını döyüş meydanından çıxararkən minaya düşüb, sol ayağını itirib.
Xəstəxanada müalicə alan Gizir Fərahim Əmirli deyir: "Bir ayaqla yaşamaq zərrə qədər üzmür məni. Tək üzüntüm indi silah yoldaşlarımın yanında ola bilməməkdir. Bunun nə demək olduğunu başa sala bilmirəm. Silah yoldaşlarım indi ordadır, yeni torpaqlar azad edir, mən burdayam. 27 il sonra bütün o torpaqlara ilk ayaq basanlardan olmaq istəyirdim".