Dünya əhalisinin ən azı 26%-nin təhlükəsiz içməli suya çıxışı yoxdur.
Foodinfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin saytında məlumat verilib.
Hesabatda qeyd olunub ki, dünya əhalisinin 47%-nin əsas sanitariya xidmətlərinə çıxışı yoxdur.
Eyni zamanda, son 40 ildə dünyada su istehlakı hər il təxminən 1% artıb və gələcəkdə də artmaqda davam edəcək.