Şokoladın istehsalı üçün xammal kakao paxlasıdır. Foodinfo.az xəbər verir ki, şokolad təkcə dadlı qənnadı məmulatı deyil, həm də çoxlu sayda faydalı bioloji aktiv maddələrin unikal mənbəyidir. Əvvəla, şokoladın tərkibində çoxlu təbii antioksidanlar var.
Bunlar bədəni oksidləşdirici stressdən qoruyur, qan təzyiqini normallaşdırır və buna görə də doymuş yağların nisbətən yüksək olmasına baxmayaraq, Avropa Qida Təhlükəsizliyi Təşkilatı etiketdə kakao məhsullarının ürək-damar xəstəlikləri riskinin azaldılmasına müsbət təsiri haqqında məlumat verməyə icazə verir. Bundan əlavə, şokoladın tərkibində iki faydalı alkaloid var - teobromin və bir qədər kofein.
Teobromin yüngül stimullaşdırıcı təsir göstərir, hamar əzələləri rahatlaşdırır. Əlbəttə ki, bütün bu faydalı xüsusiyyətlər yüksək miqdarda kakao maddələri) olan əsl şokoladlara aiddir. Şokoladın seçiminə gəlincə, onu qeyd etmək lazımdır ki, təbii olaraq tünd (və ya acı) şokolad südlü şokoladdan daha sağlam hesab olunur.