Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbərliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib.

Foodinfo.az xəbər verir ki, ziyarət zamanı parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.