Kivi populyar olsa da, çox sevilən sitrus meyvələri siyahısına daxil deyil. İnsanlar adətən alma, banan, portağal və digər meyvələrə üstünlük verir. Və çox nahaq yerə, çünki bu məhsul orqanizm üçün faydalı xassələrlə zəngindir. Oxucuları kivinin və qabığının faydaları ilə tanış edirik: Kivinin tərkibi, kalorisi və enerji dəyəri Orta boy kivinin çəkisi 100 qramdır. Meyvənin böyük hissəsini su (84%) təşkil edir. Həmçinin tərkibində zülallar (təxminən 1%), yağlar (1% -dən az), karbohidratlar (təxminən 10%) var. Bir kivinin enerji dəyəri 48 kkal-dır. Bundan əlavə, onun tərkibinə nikotin turşusu və müxtəlif saxaridlər daxildir. Kivi C, A, В1, В2, РР, В6, K1, B12, D, E vitaminləriylə və beta-karotinlə zəngindir. Bu meyvə sellüloza, kalsium, maqnezium, kalium, fosfor, manqan, dəmir, sink, antioksidantlar, amin turşuları, bitki zülalları, flavonoidlər və pektin ehtiva edir. Onda zülalları ayıran aktidin fermenti də var. Bu maddə qan laxtalanmasının normallaşmasına, zülalların parçalanmasına səbəb olur və mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Kivi orqanizmdən artıq duzları çıxarmağa qadirdir. 2 ədəd orta ölçülü kivi orqanizmi ehtiyac olduğu fol turşusu ilə təmin edir. Bu maddə həm hamiləlikdə, həm uşaq əmizdirən analara, habelə uşaqlara və yaşlı insanlara çox lazımdır. Kivi şəkər xəstəliyinin müalicəsində də çox effektlidir, çünki o qlisemik indeksi aşağı salan ən dadlı məhsuldur. Meyvənin özündə şəkər var, lakin optimal miqdarda olduğu üçün metabolik prosesləri pozmur, əksinə diabet xəstələri üçün müəyyən qədər faydalıdır. Kivinin qabığının faydası nədir? Kivinin qabığında çoxlu sayda antioksidantlar var. Ona görə də kivi anti-xərçəng və antiallergik xüsusiyyətə malikdir. Nazik qabıqda meyvənin özündən 3 dəfə çox antioksidantlar var. Bu səbəbdən də həkimlər onu birbaşa qabığı ilə yeməyi tövsiyə edir. Əlbəttə ki, bundan öncə bıçaqla tükləri səliqə ilə təmizləmək lazımdır. Avropa alimlərinin fikrincə, kivi antiseptik xüsusiyyətlərə malikdir. Bu da xərçəng hüceyrələrinin yaranmasına birbaşa təsir göstərir. Hesab edilir ki, kivi qabığı stafilokok və bağırsaq basili kimi mikrobları məhv edir. Artıq çəki ilə mübarizədə kivinin faydası Aşağı kaloriliyi və tərkibində yağları əridən fermentlərin olması arıqlamağa əla kömək edir. Dietoloqlar çoxdan açıqlayıb ki, kivi mükəmməl sellüloza mənbəyidir. Bu, həzm sisteminin normallaşmasına imkan verir və qarnı tox saxlayır. Həll edilə bilən qida lifləri mədədə iştahanı azaltmaq və lazımi həcmi yaratmaq üçün suyu asanlıqla əmir. Kivi həzmi normallaşdırmağa kömək etdiyi üçün dietoloqlar onu bütün yeməklərdən sonra yeməyi məsləhət görür. Kivi mədədə ağırlığın qarşısını alacaq, həmçinin böyrəklərə kömək edəcək. Hesab olunur ki, məhsul artıq mayenin orqanizmdən çıxarılmasına kömək edir. Hətta kivi əsasında pəhrizlər mövcuddur. Pəhrizin əsas ideyası gündə 5 kivi və aşağı kalorili məhsulların istehlakından ibarətdir. İmmun sisteminin möhkəmləndirilməsi Meyvədə böyük miqdarda universal C vitamini var. İlin soyuq vaxtında immuniteti artırmaq və orqanizmi xəstəlik törədən mikroorqanizmlərdən qorumaq üçün onu gündə 1-2 ədəd istifadə etmək lazımdır. Askorbin turşusu mübadilə proseslərində iştirak edir, orqanizmin hüceyrələrini azad radikalların təsirindən qoruyur, bədəni cavanlaşdırır və vaxtından əvvəl qocalma prosesinin qarşısını alır. Kivinin hamiləlikdə rolu Kivi hamiləliyin normal olması üçün əvəzolunmaz bitkidir. Bu, dölün inkişaf prosesi üçün lazım olan fol turşularının onda olması ilə əlaqədardır. Mayalanma planlaşdırılması zamanı da qadın orqanizminin bu vitaminə ehtiyacı var. Bundan başqa, fol turşusu beyin fəaliyyəti, mərkəzi sinir sisteminin işləməsi və sağlam hüceyrələrin böyüməsi üçün vacibdir. Ürək-damar sisteminin işinin normallaşması Kividə kifayət qədər böyük miqdarda kalium var. Bu mikroelement arterial təzyiqin tənzimlənməsi, damar divarlarının möhkəmləndirilməsi, ürəyin işinin normallaşması üçün əvəzolunmazdır. Bundan başqa, kalium orqanizmdən artıq mayeni çıxarır və ödəmi aradan qaldırır. Kivi böyrəklərin təmizlənməsi üçün Kivi artıq duzun orqanizmdən çıxartmaq xüsusiyyətinə malikdir ki, bu da böyrəklərin işini xeyli yaxşılaşdırır. Meyvə böyrəkdə daş və qum əmələ gəlməsinin qarşısının alınmasını təmin edir, yüngül və piyelonefrit inkişaf riskini azaldır. Eyni zamanda öd kisəsində də daşların yaranmasına mane olur. Kivi gözəllik üçün Ekzotik meyvə saçların piqmentasiyasını tənzimləyir, ağ saçların ayranmasına mane olur. Meyvədə olan çoxlu sayda sink dırnaqları və saçları möhkəmləndirir. Kivi dəri sağlamlığı üçün də zəruridir, o, dəri rəngi və ümumi vəziyyəti yaxşılaşdırır, A və E vitaminlərə sayəsində qocalma prosesini ləngidir, həm də cinsi hormonlarının istehsalını tənzimləyir. Qan dövranına təsiri Kividə qanda hemoqlobin səviyyəsinin tənzimlənməsi və qan yaratmaq üçün zəruri olan çoxlu sayda dəmir var. Qanazlığı olan insanlara həkimlər bu meyvədən yeməyi məsləhət görürlər. Bundan əlavə, kivi, həmçinin qan laxtalanmasını normallaşdırır, zülalların mübadilə prosesləri tənzimləyir. Meyvə arteriyaları bağlayan yağları təmizləyir. Kivi mərkəzi sinir sistemi üçün faydalıdır Həkimlər depressiyalardan və nevrozlardan qurtulmaq üçün gündə ən azı bir kivi yemək lazım olduğunu vurğulayır. Kivi xoşbəxtlik hormonlarını ifrazını sürətləndirirək stress və yuxu pozulmalarının qarşısını alır. Meyvənin istifadəsi idmançılara da tövsiyə olunur, çünki kivi fiziki güc və enerjinin artırılmasının təbii qaynağıdır, stimulant kimi fəaliyyət göstərir. Onkoloji xəstəliklərin profilaktikası Kividə olan askorbin turşusu və beta-karotin bədxassəli şişlərin profilaktikası və onların inkişafının qarşısını almaq üçün faydalıdır. Bundan başqa, bu meyvədə olan В6 və В9 vitaminin nadir vəhdəti orqanizmə faydalı maddələri tez mənimsənilməsinə və onların anti-xərçəng xüsusiyyətlərini qorumasına imkan verir. (Publika.az)