Qohumları tərəfindən koronavirusdan öldüyü güman edilən hindistanlı, "ölümündən" iki il sonra evə qayıdıb. Foodinfo.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
İki il əvvəl, pandemiyanın ikinci dalğası zamanı 35 yaşlı Kamleş Patidar COVID-19-a yoluxub. Xəstəlik irəliləyib, buna görə də kişi tezliklə Qucarat əyalətindəki xəstəxanalardan birinə yerləşdirilib. Bir müddət sonra həkimlər ailəyə Kamleşin koronavirusun təsirindən öldüyünü bildiriblər. “Mərhumun” ailəsinə plastik qaba bükülmüş cəsəd göstərilib və daha sonra rəsmi protokola uyğun olaraq xəstəxanada yandırılıb. Ailə bütün dəfn mərasimlərini yerinə yetirib və Kamleşə yas tutub. Kişinin həyat yoldaşı və uşaqları qalıb.
Kamleşin ölümündən iki il sonra qəfildən doğma kəndi Kadodkalana qayıdıb və bibisinin evinin qapısını döyüb. Məlum olub ki, hindistanlı sağ olub və son iki ildə başqa şəhərdə olub. Onun qaynı Rameşvar jurnalistlərə bildirib ki, Kamleşin vəziyyəti qeyri-stabildir: onun sözlərinə görə, həmin adamı xəstəxanadan cinayətkarlar dəstəsi qaçırıb, sonradan onu girov saxlayıb və narkotik maddə veriblər.
Hazırda hüquq-mühafizə orqanları bu məlumatı yoxlayır və həmin şəxsin əslində nə baş verdiyini öyrənməyə çalışır. Polis əməkdaşları da ondan xəstəliyinin səbəbləri və sonradan oğurlanması ilə bağlı rəsmi izahat gözləyirlər.
Nurlan