Ölkəmizdə və dünyada son illərdə insanlar sürətlə qazlı içkilərə meyl edirlər.
Foodinfo.az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər qazlı içkilərin bir son xəstəliklərə səbəb ola biləcəyini bildirir.
Qazlı içkilərdən ilk zərbəni alan orqan dişlərdir. Belə içkilərin tərkibində təkcə şəkər deyil, diş minasını yumşaldan turşu da var ki, bu da kariyesin əmələ gəlməsi riskini artırır.
Bu cür içkilər daha nazik mina təbəqəsi olan uşaqların süd dişlərinə xüsusilə güclü təsir göstərir.
Həkimlər qeyd edirlər ki, şirin qazlı sulardan müntəzəm istifadə çəki artımına və şəkərli diabetin yaranmasına səbəb ola bilər.
Bir qutu qazlı içkinin tərkibində orta hesabla 35 qram şəkər var ki, bu da təxminən altı çay qaşığıdır. Bu isə öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi gündəlik şəkərdən yüksəkdir.
Bəzi elmi araşdırmaların nəticələri göstərir ki, şəkərli sərinləşdirici içkiləri sevənlərdə mədəaltı vəzi xərçənginə tutulma riski çox yüksəkdir.
Qastroenteroloqlar deyirlər ki, qlükozanın həddindən artıq istehlakı ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxara bilir. Bir çox qazlı içkinin tərkibində olan fosfor turşusu sümük sıxlığını azaldan kalsiumun udulmasına mane olur. Karbon qazı mədənin işinə mənfi təsir göstərir, ürək yanmasına, gəyirməyə, şişməyə səbəb ola bilər və bir insanın xroniki mədə-bağırsaq xəstəlikləri varsa, onların kəskinləşməsinə səbəb ola bilər.
Bir stəkan qazlı şirin içkinin tövsiyə olunan gündəlik şəkər qəbulunun təxminən 75% -ni təşkil etdiyini unutmayıb.