Çox vaxt göz yorğunluğunu artıran insanlar miyopiyadan əziyyət çəkirlər. Foodinfo.az Life.ru-ya istinadən xəbər verir ki, bunu oftalmoloq Yuliya Kolokolova deyib.
Xüsusilə, kompüterdən uzun müddət istifadəyə görə görmə qabiliyyəti pisləşə bilər. Bu anda insan praktiki olaraq gözünü qırpmır, buna görə buynuz qişa quruyur. Nəticədə, iş gününün sonunda hər şey gözünüzün önündə üzməyə başlayır. Problemdən qaçmaq üçün həkim səhər və axşam gözlərə nəmləndirici damcılardan istifadə etməyi məsləhət görür.
Görmə qabiliyyətinizi daha uzun müddət qorumaq üçün qidalanmaya diqqət etməlisiniz. Yodla zəngin olan xurma, tərkibində lutein olan balqabaq və sarı pomidor göz sağlamlığına faydalıdır.