Mikrodalğalı sobalar bir çox evlərin ayrılmaz hissəsinə çevrilib, lakin bəziləri onların təhlükəsizliyindən narahatdırlar.
Foodinfo.az xəbər verir ki, ABŞ-ın Klivlend Klinikasının dietoloqu Peyc Uelş qida və içkiləri qızdırmaq üçün mikrodalğalı sobalardan istifadənin sağlamlığa zərərli olub olmadığını izah edib.
Mikrodalğalı radiasiya istilik üçün istifadə olunsa da, onun qeyri-ionlaşdırıcı şüalanma olduğunu xatırlamaq lazımdır. Bu cür şüalanma, məsələn, cib telefonlarında, televizorlarda və işıq lampalarında da olur.
Mütəxəssis izah edir ki, rentgen şüalarında istifadə olunan ionlaşdırıcı şüalanma yüksək dozada hüceyrələrə zərər verə bilər, lakin mikrodalğalı sobalardan gələn ionlaşdırıcı olmayan şüalar molekulyar quruluşu dəyişmir və sağlamlıq üçün təhlükə yaratmır.