Tibb elmləri doktoru Aleksey Danilov yuxunun keyfiyyətinin stress, fiziki aktivlik və qidalanma səviyyəsindən asılı olduğunu deyib.
Foodinfo.az xəbər verir ki, nevroloqun fikrincə, yuxusuzluğun əsas səbəbi narahat düşüncələrdir. Yuxu problemləri ürək, mədə-bağırsaq xəstəlikləri olan insanlarda da yaranır.
Danilov bildirib ki, gecə istirahəti zamanı orqanizm böyük enerji tələb edir. Mütəxəssis, yatmazdan əvvəl çox yeməyin bunu çətinləşdirdiyi barədə xəbərdarlıq edib. Nəticədə, bədən bir gecədə tam bərpa olunmur, bu da stressin öhdəsindən gəlməyi çətinləşdirir.
Nəhayət, həkim axşam saatlarında orta fiziki fəaliyyətə vaxt ayıranların daha asan yuxuya getdiyinə diqqət çəkib.