Uşaqların bəslənmə çantalarında nələr olmalıdır?
Uşaqlar üçün sağlam bəslənmə çantası böyümə və inkişafı dəstəkləyən qidalarla zəngin olmalıdır.
Foodinfo.az xəbər verir ki, uşaqların bəslənməsində əsasən, zülallar, kompleks karbohidratlar, sağlam yağlar və vitaminlər balanslı şəkildə təmin edilməlidir.
- Meyvə və tərəvəz: Alma, banan, yerkökü kimi təzə meyvə-tərəvəzlər lif və vitaminlərlə zəngindir.
- Zülal mənbələri: Toyuq, balıq və ya yumurta ilə hazırlanmış sendviçlər, həmçinin qoz, badam kimi çərəzlər zülal ehtiyacını qarşılayır.
- Tam taxıllar: Tam buğda çörəyi və ya yulaflı biskvitlər enerji təmin edir.
- Süd məhsulları: Yoğurt və pendir kalsium və zülal mənbəyidir.
Sağlam içkilərdən su və ya şəkərsiz süd seçilməli, şəkərli və işlənmiş qidalar məhdudlaşdırılmalıdır. Bu tərkib uşaqların enerjisini və konsentrasiyasını artıra Olcaqdır.