Çobanyastığı dəri sağlamlığı üçün çox faydalıdır. Onun tərkibində güclü antioksidantlar və iltihabəleyhinə birləşmələr var.

Foodinfo.az çobanyastığının faydalarını təqdim edir:

1. Sakitləşdirici təsir

Həssas və qızarmış dərini sakitləşdirir, qaşınma və qıcıqlanmanı azaldır.  

2. Sızanaqlara qarşı

Antibakterial xüsusiyyətləri sayəsində sızanaqları azaldır və dərini təmiz saxlayır.  

3. Nəmləndirici təsir

Dərini yumşaldır və quruluğun qarşısını alır.  

4. Ləkələri açır

Təbii ağardıcı xüsusiyyəti ilə dəri tonunu bərabərləşdirir və ləkələri azaldır.  

5. Qocalma əleyhinə

Antioksidantları sayəsində qırışların yaranmasını gecikdirir.  

Çobanyastığı çayı və ya ekstraktı kosmetik vasitələrdə və maskalarda geniş istifadə olunur.