
Stress və narahatlıq zamanı bədən simpatik sinir sistemini aktivləşdirir, bu da tüpürcək vəzilərinin fəaliyyətini azaldır. Nəticədə, ağız quruluğu (kserostomiya) yaranır.
Foodinfo.az xəbər verir ki, stress kortizol səviyyəsini də artıraraq bədənin su balansına təsir edir və susuzluğa səbəb olur.
Həmçinin narahatlıq və gərginlik zamanı insanlar daha çox ağızdan nəfəs alır, bu da quruluğu artırır.
Əgər stress uzunmüddətli olarsa, ağız quruluğu davamlı hala gələ və diş problemlərinə, pis nəfəs qoxusuna səbəb ola bilər.
Bu halı aradan qaldırmaq üçün bol su içmək, nəfəsalma texnikalarından istifadə etmək və stressi idarə etməyə çalışmaq tövsiyə olunur.