Üzərində bir az da olsa kif görünən çörək, un məmulatlarını yemək qəti olmaz.
 
Foodinfo.az xəbər verir ki, köhnəlmiş qidalar çoxlu sayda zərərli mikroorqanizmlərlə kirlənir, onlar bir neçə xəstəlik, o cümlədən xərçəng yarada bilər.
 
Bunu onkoloq həkim Suna İsakova deyib.
Belə ki, ən kanserogen təsirli aflotoksinlər qaracyərə çökür, orda xərçəng yarada bilər.
Bunlar Aspergillus adlı kif göbələklərindən yaranır.
Bu kif göbələyi müxtəlif paxlalılarda, fındıq, qoz, araxisdə, süddə, pis keyfiyyətli köhnə buğdada olur.
“Aflotoksin qaraciyər hüceyrələri DNT-sini zədələyir və mutasiyalar yaradır, bu da şiş hüceyrələrinə səbəb olur.
Aflotoksinlər həm də bədəni zəhərləyir. Bu göbələklə qidanın zədələnməsi həm məhsul yığımı vaxtı, həm də sonradan saxlanma zamanı, hətta satışda da meydana çıxa bilər. Bəzən heç kif ərzağın üzərində görünmür. Aflotoksinlər ancaq Qida Təhlükəsizliyi qurumları hər məhsuldan götürülmüş nümunələri analiz etməklə aşkarlayır. Əgər məhsulda aflotoksin aşkarlanırsa, o partiya məhv edilməlidir”.
Alıcılar qurumuş, üzərində azca da olsa göyərmə, kif gördüyü məhsulu almamalı. qoz, fındıq, araxis və s. çərəzlər alarkən onun maksimum saf, təzə. sağlıqlı olmasına fikir verməlidir. Şübhəli istehsalçıdan, uzun müddətdir saxlanılan qoz fındığı, buğdanı, paxlalıları almaq olmaz.
İstənilən kif görünən pendir, süd məhsulu, çörək və un məmulatlarından imtina etmək lazımdır. Kifli hissəni təmizləyib yemək olmaz. Kifli məhsul atılmalıdır.