ABŞ-nin keçmiş prezidenti Donald Trampın məhkəməsinin canlı yayımlanmasına icazə verilməyib.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Belə ki, bu gün keçirilən məhkəmə iclasını işıqlandırmaq üçün bir neçə KİV müraciət edib. Nyu-York Ali Məhkəməsinin hakimi səlahiyyətlərini yerinə yetirən Xuan Merçan bu tələbi rədd edib.
Bununla belə prosesin əvvəlini işıqlandırmaq üçün beş fotoqrafa icazə verilib. Onlar məhkəmə personalının göstəriş verəcəyi ana qədər zalda qala biləcəklər.
Leyla