Qəhvə bir çox insanın sevimli içkisidir, baxmayaraq ki, o, kifayət qədər gözlənilməz bir xüsusiyyətə malikdir - laksatif (mədə-bağırsaq pozğunluğu) təsir göstərir. ABŞ-dan olan alimlər araşdırma aparıblar və problemin kofein deyil, qastrin hormonunda olduğunu müəyyən ediblər. “The Mirror” jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, bağırsaq əzələlərinin aktivliyinin artmasına məhz o cavabdehdir.

Alimlərin fikrincə, insanların təxminən 30%-i qəhvənin bu təsirini hiss edir. Bundan əlavə, mütəxəssislər siçovullar üzərində eksperiment aparıb və müəyyən ediblər ki, qəhvə verilməyən heyvanların nəcisində bakteriya daha çoxdur. Bu, qəhvənin antibakterial xüsusiyyətlərindən xəbər verir. Və bu içkidən istifadə edənlərin həzm yolları daha təmiz olub.

Leyla