Banan hər fəsildə insanların sevilən meyvələri arasındadır. Ekspertlər bu meyvənin çox az məlum olan faydasını açıqlayıblar.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Türkiyəli həkim Ender Saraçın sözlərinə görə, bananın qabığında meyvəsindən daha çox zülal mövcuddur. 

“Bananı qabıqları ilə birlikdə 10 dəqiqə qaynadın. Süzün və suyunun içərisinə bal və darçın əlavə edərək hər gecə yatmazdan əvvəl için. Bu, yağların sürətlə əriməsinə yardım göstərəcək” - deyə həkim bildirib.

Fərid