İstehsal olunan bitter şokoladın əsas maddəsi olan kakao Afrika və Cənubi Amerika qitələrində yetişdirilir. 

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
 
Düzgün və kifayət edəcək miqdarda istifadə olunduğu zaman bitter şokolad təbii antioksidan rolunu oynayır. Bu şokoladın insan dərisi üzərində ciddi müsbət təsirləri mövcuddur. 

Xüsusilə mütəmadi istifadə olunduğu zaman günəş işıqlarının vurduğu zərəri sağaldır. Bitter şokolad diabet xəstələrinə də müsbət təsir göstərir. 

Bu məhsul həmçinin ürək-damar xəstəliklərinə də faydalıdır.

Fərid