Pomidor, kök və göyərti isti yay havasını daha asan keçirməyə kömək edəcək. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina News.ru-ya müsahibəsində deyib.

Mütəxəssisin sözlərinə görə, pomidorun tərkibində istidə kömək edən likopen var. Kökün tərkibində isə karotinoidlər və beta-karatin var. 

Diyetoloq kök ilə yeməyi bişirərkən xama əlavə etməyi məsləhət görüb. O, göyərti və tərəvəzlərin karotinoidlərlə zəngin olduğunu vurğulayıb.

"Göyərti və tərəvəzin tərkibində çoxlu miqdarda karotinoid var. Bu maddələr ultrabənövşəyi şüalardan yaxşı qoruyur, dərinin və görmə orqanlarının zədələnməsinin qarşısını alır", - deyə Solomatina izah edib.

Leyla