Dəniz sularınını səviyyəsinin yüksəlməsi dünyanın bir çox ərazilərində ciddi təhdid olaraq qəbul edilir.
Foodinfo.az xəbər verir ki, araşdırmalar sözügedən vəziyyətin daha bir təhlükəli məqamını ortaya qoyur.
Bu, sahil xəttinin tamamilə düz olmadığı bölgələrdə insanların zəruri ehtiyacları ilə təminatı məsələsidir. Araşdırmalar göstərir ki, ABŞ-nin sahil bölgəsində yaşayan insanların çoxu fırtınalar və dəniz səviyyəsinin dəyişməsi səbəbilə təcrid vəziyyəti ilə üzləşmək təhlükəsi qarşısındadır. Burada dah bir qorxulu məqam isə yeni adaların yaranması ola bilər. Araşdırmalar 2100-cü ilə qədər ABŞ-də 9-12 milyon insanın bundan əziyyət çəkə biləcəyini göstərir.
Nurlan