İnsan dərisinin gözəlliyini qorumaq üçün bir çox məhsullar fayda verir.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, istifadə etdiyimiz məhsullar, hormone balansı, su istifadəsi və s. kimi amillər dərimizin vəziyyətinə təsir göstərir.
Mütəxəssislərin fikrincə dərimizə qulluq üçün meyvə və tərəvəzlərdən bol-bol istifadə olunmalıdır. Qızılbalıq kimi yağlı balıqlar da tərkibindəki Omega-3-lə dərimiz üçün faydalıdır. Omega-3 tərkibindəki yağ turşuları ilə dərinin nəmliliyini təmin edir. Bundan başqa E vitamini ilə zəngin olan avakado da dərimizi oksidativ zərərdən qoruyur.
Fərid