Türkiyəli diyetoloq Merve Sır yemişin faydalarından danışıb. Bu barədə Foodinfo.az “Hürriyet”ə istinadən xəbər verir.


Dietoloqun sözlərinə görə, yemiş insanın immunitet sistemini gücləndirir. Mütəmadi olaraq istifadə edildikdə tərkibindəki kalium və C vitamini immun sistemimizi dəstəkləyir. Orqanizmin xəstəliklərə qarşı müqaviməti artır.


Bununla yanaşı damarların tutulmasının qarşısını alır. Təzyiqi normaya salır, ürəyə yardım edir, qan azlığını aradan qaldırır. 
Yemişin daha bir faydası isə böyrəkdəki daşların və qumların düşməsinə yardım etməsidir.  

Leyla