Qlobal iqtisadi münasibətlərdə dollardan imtina qarşısıalınmaz proses hesab olunur.

Foodinfo.az xəbər verir ki, bu barədə "Le Fiqaro" nəşrində bildirilir.

Nəşrə danışan geosiyasi məsələlər üzrə ekspert Reno Jirar bildirib ki, bu amilin arxasında Vaşinqtonun siyasətinin mahiyyəti dayanır. Belə ki, ABŞ öz valyutasından digər dövlətlərə təzyiq vasitəsi kimi istifadə edir.

Onun sözlərinə görə, dünyadan qaçılmaz olan dedollarizasiya prosesi gedir. 

"Öz valyutasını digər ölkələrə qarşı siyasi təzyiq alətinə çevirməklə amerikalılar özləri də istəmədən, kral-dolların devrilməsi prosesini başlatdılar".

Nurlan