Alternativ tibdə bir çox maddələrin insan orqanizminə faydalarından bəhs edilir. Ancaq bəzi maddələrin yanlış istifadəsi ciddi fəsadlar törədə bilər. 


Foodinfo.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. 


Məsələn, qəbizlik problem üçün insanlar qazlı içkilərə müraciət edirlər. Ancaq bu itkilər də damarlarda oksidləşməyə səbəb olur ki, bu sonda damarların daralmasına gətirib çıxarır. 
Bundan əlavə qızdırma olan zamanı üzə anidən soyuq su vurmaq olmaz. Bu zaman soyuq suyun tökülməsi beyinin funksiyalarına zərər vurur. 


Soğan yemək mədədəki turşu balansını poza bilər. Soğandakı antibiotic xüsusiyyətlərdən istifadə etmək üçün ondan qatıqla birlikdə istifadə etmək məqsədəuyğundur. 
Sarımsaq isə güclü bir iltihab qurudandır.

Çıxan yara və ya infeksiyalı nahiyə üçün sarımsaqdan istifadə etmək istəyənlər birbaşa olaraq sarımsağı yaranın üzərinə qoysalar, infeksiyanı artıraraq insan ölümünə səbəb ola bilərlər. Bunun əvəzinə sarımsağı əzərək zeytun yağı ilə birlikdə istifadə etmək olar.

Nurlan