Elm adamlarının apardıqları araşdırmalar fillər haqqında bir həqiqəti ortaya qoyub.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Araşdırmalara görə, fillər öz-özlərini əhliləşdirmiş ola bilərlər. Qeyd olunub ki, fillər öz-özünü əhliləşdirmək məsələsində insanlarla (İnsanın özünü əhliləşdirməsi hipotezi) oxşarlıq təşkil edirlər.
Araşdırmalara cəlb olunan üç fil növündə də çənə və kəllə şəkil dəyişdirib, dişlərin sayı azalıb. Həmçinin əhliləşdirmənin fillərin genetikasında bir çox dəyişikliklərə səbəb olduğu bildirilir.