Kartof bütün dünyada bir çox insan tərəfindən sevərək istifadə edilən məhsullardan biridir. Ancaq saxlanma şəraiti düzgün olmayan və cücərən kartof sağlamlıq üçün zərərlidir. 


Foodinfo.az xəbər verir ki, bu barədə “Haber Türk” yazıb. 


Cücərmiş kartofun tərkibindəki solanin maddəsi zəhərlənməyə səbəb olur. Kartof anbarlarda saxlanması zamanı baş verən səhvlər də zəhərlənmə hallarına, hətta ölümə səbəb ola bilər.


Ekspertlər kartofu qorumaq üçün almanın önəmindən xəbər verirlər. Kartofun nəmdən qorunması üçün bu meyvə effektiv vasitədir. Belə olan halda kartof cücərməkdən qorunur. 


Bundan əlavə karfotun xarab olmasını istəmirsinizsə onları soğanla eyni yerə qoymayın. Çünki soğanın qoxusu kartofun tez xarab olmasına səbəb olur. Kartofu soyuducuya qoymaq olmaz. Bu zaman tərkibindəki nişasta sürətlə şəkərə çevrilir.

Leyla