Avstraliya vətəndaşı ördəkburun ovladığına görə həbs olunub. 

Foodinfo.az xəbər verir ki, bu barədə yerli nəşrlər yazıblar. 

Ona qarşı birinci dərəcəli mühafizə olunan heyvana münasibətdə cinayət ittiham irəli sürülüb. Bu ittihamla onu 430 min avstraliya dolları cərimə gözləyir. 

26 yaşlı avstraliyalı kamera görüntüləri sayəsində saxlanılıb. Kadrlarda o yanındakı qadınla birlikdə qatarda sərnişinlərə əlindəki heyvanı göstərir.

Polisin məlumatına görə ördəkburun artıq vəhşi təbiətə geri buraxılıb.

Leyla