Bəzi məhsulların tərkibindəki maddələr sümüklərimizi gücləndirir.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Kalsiyumun sümüklərin sağlamlığında nə qədər vacib olduğunu bilirik. Pendirin tərkibindəki kalsiyum sümük kütləsinin azalmasının qarşısını alır. Yumurta tərkibindəki A və D vitamini sayəsində sümük və oynaqlarda yarana biləcək problemlərə əngəl olur. İspanaq tərkibindəki K vitamini ilə xüsusən sümük əriməsi riskini azaldır.
Fındıq, fıstıq, badam və qoz kimi məhsullar da sümüklərin güclənməsinə səbəb olur.
Nurlan