Elmi araşdırmalar göstərir ki, bəzi qida məhsulları hesab edildiyi qədər zərərli deyil.

Foodinfo.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məsələn konservləşdirilmiş və ya dondurulmuş meyvələr düşünüldüyü qədər zərərli deyil. Bu məhsul təhlükəsiz şəraitdə və qaydalara uyğun istehsal edildiyi təqdirdə narahatlıq yaratmır. 

Ymurtanın sarısı həqiqətən də xolesterol tərkibinə malikdir. Ancaq ekspertlər qeyd edirlər ki, mütəmadi olaraq yumurtadan istifadə etmək ürək xəstəlikləri riskini artırmır.

Çörək tərkibindəki karbohidratın çoxluğuna görə orqanizmə zərər vurur. Ancaq bu məhsulun daha çox zülal və vitamin tərkibli növləri də vardır. 

Kartof nişastalı olduğu üçün bir çox insan ondan uzaq durur. Ancaq ABŞ-nin qabaqcıl klinikalarından olan “Mayo Klinik”ə görə kartofun tərkibində orqanizm üçün faydal bir çox məhsullar var: C və B16 vitaminləri, manqan, maqneziyum, fosfor və zülallar.

Nurlan